Avstriya Kansleri QMİ sədrinə təşəkkür edib

 
 
09.11.2020
 
Avstriya Respublikası Federal Kanslerinin Protokol xidməti Kansler Sebastian Kurzun adından QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə təşəkkür məktubu göndərib. Məktubda deyilir:
Hörmətli sədr,
Xoş sözləriniz və həmrəylik ifadələrinizə görə çox sağolun. Avstriyanın Federal Kansleri belə bir çətin günlərdə Sizin bu jestinizə və dəstəyinizə səmimiyyətlə dəyər verir.
Avstriya öz beynəlxalq tərəfdaşları ilə birlikdə radikallaşmanın və zorakı ekstremizmin bütün formalarına qarşı birgə mübarizə aparmağa davam edəcək və istər terrorizmə, istərsə də hər hansı digər zorakılıqlara baş əyməyəcək.
Kansler Sizə və bütün QMİ mənsublarına öz təşəkkürlərini və xoş arzularını Sizə çatdırmağımı xahiş etdi.
 Hörmətlə,
Helqa Bandion
Federal Kanslerliyin
Protokol rəisi"
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3828