Avstriyanın Kathpress Katolik xəbər Agentliyinin xəbəri  

 
05.11.2020
Noyabrın 5-də Avstriyanın Kathpress Katolik xəbər Agentliyi “Ermənistan / Azərbaycan: Dini liderlər Vyanada terrora qarşı birləşirlər” sərlövhəsi altında xəbər dərc edib.
 
Xəbərdə deyilir:
 “Katolikos-Patriarx II Qaregin və Şeyxülislam Allahşükür Paşazadə, Vyana şəhərindəki hücumdan sonra Kardinal Şönborn'a başsağlığı məktubları göndərdilər.
Ermənistan və Azərbaycan hazırda qanlı bir qarşıdurmada ikən, iki Qafqaz dövlətinin dini liderləri Vyanadakı terror aktını pisləməkdə həmrəydirlər. Vyana Baş yepiskopu Kardinal Kristof Şönborn, erməni Katolikos Patriarxı II Qareginin və Azərbaycanın dini lideri Şeyxülislam Allahşükür Paşazadənin ona göndərdikləri məktublarda Vyananın mərkəzindəki cinayəti qınayaraq baş verən hadisə nəticəsində həlak olanlara görə öz başsağlıqlarını ifadə etdilər.

Şeyxülislam Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri olaraq terror hadisəsindən sarsıldığını və kədərləndiyini dilə gətirdi. Müsəlman dini lider Vyanadakı sinaqoqun yaxınlığında baş verən hadisəni “dəhşətli hücum” adlandırdı və qınadı və bu əməlin dinlərin ortaq mənəvi dəyərlərinə zidd olduğunu dedi. Vyanada yerləşən KAICIID beynəlxalq dialoq mərkəzinin çoxdinli Direktorlar Şurasının üzvü olan Şeyxülislam Allahşükür Paşazadəyə görə, qatillər öz əməllərini dinlə əlaqələndirə bilməzlər, çünki, bütün Səmavi dinlər "birmənalı olaraq terrora qarşı"dır.”
 
 
* Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2754