QMİ sədri ilə BMT Baş Katibinin müavini arasında video görüş

23.10.2020
 
23 oktyabr 2020-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos arasında video konfrans formatında görüş baş tutub.
Cənab Moratinos Azərbaycan dövlətinin mədəniyyətlər arası və dinlər arası əməkdaşlığın inkişafında, ümumbəşər dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edərək, QMİ sədrinə regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bildirib və onun bu istiqamətdəki səylərini yüksək qiymətləndirib.
Söhbət əsnasında Şeyxülislam həzrətləri cənab Moratinosu maraqlandıran məsələlər barədə ona məlumat verib.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2722