“Ordunun qələbə əzmi bizi valeh edir”

                   
 
22.10.2020
 
Dünyanın müxtəlif yerlərində yaşayan müsəlman icmaları son günlər Azərbaycanın işğalçı Ermənistana qarşı həyata keçirdiyi sülhə məcburetmə əməliyyatlarını dəstəkləyir, rəşadətli ordumuzun ərazilərimizi işğaldan azad etməsini böyük ruh yüksəkliyi ilə qarşılayırlar.
Latviya Respublikasındakı Müsəlman İcmasının sədri Zufar Zaynullinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə yazdığı məktubda da bu hisslər ifadə olunur, işğalçı üzərində qəti qələbəmizin çox yaxında olduğu bildirilir:
“Əziz və çox hörmətli qardaşım!
Latviya Respublikasında yaşayan müsəlmanlar adından Sizi və şəxsinizdə bütün Azərbaycan müsəlmanlarını, işğalçılara qarşı mübarizəyə qalxan  xalqınızı salamlayıram.
         Azərbaycanın öz torpaqlarını erməni terrorçu və işğalçılarından azad etmək uğrunda başladığı müqəddəs mübarizəsini bütün qəlbimizlə dəstələyirik!
Azərbaycan Ordusunun Vətən yolunda öz hərbi borcunu yerinə yetirmək üçün hər an hazır olması, ruh yüksəkliyi və qələbə əzmi bizi valeh edir.
         İşğalçı üzərində qəti Qələbəniz üçün Uca Yaradana dualar edirik!
 
            Hörmətlə,
            Zufar Zaynullin
            Latviya Respublikasındakı Müsəlman İcmasının sədri
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1666