Qafqaz Müsəlmanları İdarəsinin sədri İstanbulda İbn Haldun Universitet Kompleksinin açılış mərasimində iştirak edib

 
19.10.2020
 
Oktyabrın 19-da İstanbulda İbn Haldun Universitet Kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edirlər.
Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə müqəddəs “Quran-i-Kərim”dən ayə oxunub.
Təməli 2018-ci ildə qoyulan universitet İstanbulun Başakşəhər rayonunda tikilib. Klassik türk memarlıq üslubunda inşa olunan təhsil müəssisəsi ən yeni texnologiyalarla təhciz edilib.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 1278