Beynəlxalq Akademik Araşdırma Mərkəzinin prezidenti QMİ sədrinə məktub göndərib

 
 
 
 
 
Əssəlamu əleykum və rəhmətullahi və bərəkathu!
         Biz, Mərakeşdəki Sufi və Estetik Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzi olaraq Azərbaycan ərazilərinin zalım, təcavüzkar ermənilər tərəfdən təcavüzə və hücuma məruz qalmasını pislədiyimizi, mənfur xarici təsirlərin vasitəsilə bizim ərazilərin ana vətənimizdən ayırmaq  cəhdlərindən əziyyət çəkdiyimiz kimi əziyyətini çəkdiyiniz Dağlıq Qarabağ regionunun geri qaytarılması məsələsində Azərbaycan xalqı ilə tam həmrəy olduğumuzu və onların yanında durduğumuzu bəyan edirik.
Azərbaycan dövlətini, onun xalqını və bütün müsəlman ölkələrini qoruması, onlara xoşbəxtlik, təhlükəsizlik, stabillik və sülh bəxş etməsi üçün Allah-Taalaya dua edirik. Qoy, Uca Allah öz rəhməti və lütfü ilə İslam ümmətindən və bütün bəşəriyyətdən xəstəlik və bəlaları yox etsin.
 
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkathu!
 
          Dərin təqdir və ehtiramla,
         Mərakeş Krallığı Sufi və Estetik Araşdırmalar üzrə
         Beynəlxalq Akademik Mərkəzin     
         Prezidenti Əziz Əl-Kobaiti İdrisi
        
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 517