Beynəlxalq Müsəlman Üləmaları İttifaqı Qarabağda baş verən son hadisələrlə bağlı bəyanat verib

 
13.10.2020
Bəyanatın tam mətni:
“Beynəlxalq Müsəlman Üləmaları İttifaqı Ermənistanı işğal etmiş ərazilərdən çəkilməyə çağırır.
         Habelə, iki qonşu dövləti, müharibəni və qan tökülməsini saxlamağa, hər birini digərinin sərhədlərinə hörmət göstərməklə problemin ciddi və konstruktiv həlli üçün danışıqlara çağırır.
Nə qədər zaman keçsə də işğal və zülmün nəhayətdə yox olmasını vurğulayaraq işğalı və təcavüzü şiddətlə pisləyir.
İki dövləti, müharibə zamanı İslami əxlaqi prinsiplərə, mülkü şəxslərin himayə edilməsi, mülklərinin dağıdılmaması, ekologiyanın qorunması və s. məsələlərə aid beynəlxalq hüquq normalarına riayət etməyə çağırır.
         İttifaq bildirir ki, hərb ən münasib həlli yolu deyil, münaqişənin həlli yolu hər bir dövlətin digərinin suverenliyinə, sərhədlərinə hörmət etmə, torpağını işğal etməmə prinsipinə söykənərək ciddi konstruktiv danışıqlar yoludur.
         Qarabağ regionu Ermənistana aid olmayıb Azərbaycan Respublikasına məxsusdur, necə ki, işğalın 30 ili ərzində BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasına dair 4 qətnamə qəbul etmişdir, habelə, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı analoji qərarlar vermişdir və son günlərdə Rusiyanın prezidenti Vladimir Putin açıq şəkildə bu torpaqların Ermənistana aid olmadığını bildirmişdir. 
         Bunu nəzərə alaraq bəyan edirik ki, Ermənistan işğalçı dövlətdir, beynəlxalq qanunlara uyğun olaraq mütləq işğal etdiyi ərazilərdən çıxmalıdır. Peyğəmbərimiz (s.ə.v.s.) buyurmuşdur: “Zalım millətin haqqı yoxdur”.
         Buna görə də Beynəlxalq Müsəlman Üləmaları İttifaqı Ermənistanı bütün işğal edilmiş ərazilərdən çəkilməsinə, Azərbaycanın haqlı olmasına, bunu həyata keçirtmək üçün danışıqlara başlamasına çağırır. Bu, problemin köklü və birdəfəlik həlli yoludur.
         On minlərlə İslam üləmalarını və minlərlə üləma təşkilatlarını əhatə edən biz, Beynəlxalq Müsəlman Üləmaları İttifaqı ümid edirik ki, ağıl və hikmətin səsi müharibə, təcavüz və işğala üstün gələcək, müharibənin və onun ailələrə, cəmiyyətə, xüsusilə də gənclərin gələcəyinə göstərdiyi maddi, mənəvi, psixoloji, sosial və iqtisadi təsirləri, habelə dağıntı və məhvə səbəb olan əməliyyatlar dayandırılacaqdır. Əslində bütün bu cəhdlər və maliyyə vəsaitləri ümumi inkişafa, ölkələrin, vətəndaşların inkişafına, hamı üçün sülh içində birgə yaşayışın bərqərar edilməsinə sərf edilməlidir. Bütün bunlar, regionda ədalətli və daimi sülhə nail olmaq üçün işğalçının geri çəkilməsi və konstruktiv danışıqlara başlanması ilə həyata keçirilən bilər.
         “Allah öz işində (əmrində) qalibdir, lakin insanların əksəriyyəti bunu bilməz” (Yusif surəsi – 21)
 
         Prof. Dr. Əli Əl-Qaradaği
         BMÜİ-nın baş katibi
 
Prof. Dr. Əhməd Əl-Reysuni
         BMÜİ-nın sədri”
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 1450