“Azərbaycan xalqı ilə həmrəyik”

30.09.2020 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərin ünvanına Bosniya və Herseqovinanın baş müftisi, Hüseyn Kavazoviçdən məktub daxil olub. Məktubda deyilir:
“Möhtərəm Şeyxülislam həzrətləri,
Gözəl ölkəniz Azərbaycanda hərbi eskalasiyanı, yadlar tərəfindən ərazisinin bir hissəsinin işğalı səbəbindən yaşanan müsibətləri böyük həyəcanla izləyirik. Biz Bosniya və Herseqovinada vaxtilə belə müsibətləri yaşadığımız üçün vəziyyəti tam olaraq dərk edirik. Keçən əsrin 90-cı illərində Bosniya və Herseqovinaya qarşı təcavüz nəticəsində ölkəmizin böyük bir hissəsi yad qüvvələr tərəfindən işğal olunmuşdu.
Mən, Bosniya və Hersoqovina müsəlmanları adından, şəxsən öz adımdan bildirirəm ki, biz Azərbaycan xalqı ilə həmrəyik.
Allah-Taalaya dua edirik ki, Sizi müharibənin bəlalarından qorusun, öz hüquqlarınızı bərpa etməkdə, əraziləriniz üzərində tam süverenliyinizi bərqərar etməkdə Sizə yardımçı olsun.
Sizə ən ali təqdir və ehtiramımı ifadə edirəm.
        
 
Qardaşınız,
Hüseyn Kavazoviç
Bosniya və Herseqovinanın baş müftisi, reisül-üləma
29 sentyabr, 2020-ci il”
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3996