Qəhrəman şəhidlərimiz anıldı 

 
23.08.2020
           Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr və Dağ yəhudiləri dini icmasının başçısı Melix Yevdayev, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qəhrəman Vətən oğullarının xatirəsini yad etmək məramı ilə II Fəxri Xiyabanda olmuşlar.
            Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin 40-cı anım günündə onların məzarları başında bütün Vətən şəhidlərimizin ruhları üçün Quran oxundu, Allahdan rəhmət diləndi və  məzarlarına tər çiçəklər düzüldü.
 
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 6207