Səudiyyə Xəbərlər Agentliyi QMİ-nin rəyini əks etdirən xəbər yayıb

30.06.2020
Səudiyyə Ərəbistanı Krallığının dövlət xəbərlər agentliyi (SPA) Qafqaz Müsəlmanları İdarəsinin builki Həcc ilə bağlı qərara bildirdiyi rəy barədə xəbər yayımlayıb.
Xəbərdə qeyd olunur ki, Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı Krallığının ölkə daxilində olan və Həcc ayinlərini icra etmək istəyən müxtəlif ölkələrin vətəndaşları üçün çox məhdud sayda yer ayırması qərarını alqışlamışdır. Agentlik Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərindən iqtibas gətirərək deyib ki o, bu qərarın çox zəruri olduğunu, milyonlarla insanın xəstəliklərdən qorunması, onların ruhlarının xilas edilməsi hədəfini daşıdığını bəyan edərək Allaha bəşəriyyəti pandemiyadan hifz etməsi üçün dua etmişdir.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1032