İƏT jurnalında Şeyxülislam Allahşükür Paşazadəyə həsr olunmuş məqalə dərc olunub

 21 yanvar 2020-ci il, Ər-Riyad – Məkkə - Bakı.
İslam Əməkdaşlığı Təşkilanının “Məcəllətül-Munəzzəmə” jurnalının bu qurumun təsis olunmasının 50 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzinin baş katibi, Şeyxülislam Allahşükür Paşazadəyə həsr olunmuş geniş məqalə dərc olunub.
“Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin Azərbaycanda və İslam aləmində böyük rolu” adlı məqalədə QMİ sədrinin həyat yolu, eləcə də İslam dini qarşısında xidmətləri, dünyada tolerantlıq, dinlərarası əməkdaşlıq və multikulturalizm ideyalarının ardıcıl təbliğatçısı kimi fəaliyyəti haqqında bəhs edilir.
Məqalənin müəllifi QMİ sədrinin müavini Qəmərxanım Cavadlıdır.

Oxunub : 312