“Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib

 
 
19.12.2019
Dünən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Mədəniyyət naziri Əbülfəs Qarayev, DQİDK sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qafqaz Müsəlmanları Idarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq edib:
"Dünyanın 500-ə yaxın tanınmış din, dövlət və ictimai xadimlərinin iştirakı ilə baş tutmuş, bəşəriyyəti narahat edən problemlərin mənəvi dəyərləndirməsi üçün özəl əhəmiyyət kəsb edən qlobal miqyaslı Zirvə görüşü Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq platformasında öncül rolunun göstəricisi olaraq, dinlərarası əməkdaşlıq tarixinin səhifələrinə həkk olundu".
Tədbir çıxışlarla davam etdirilib.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1346