Qafqaz Müsəlmanları İdarəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvandadır. (VİDEO)

 
04.12.2019
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə anadan olmasının 70, Şeyxülislam kimi fəaliyyətə başlamasının 40 illiyinin qeyd edilməsi münasibtilə keçirilən tədbirlərdə iştirak etmək üçün Naxçıvan Muxtar Respubliasına gedib.
Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətini hava limanında Naxçıvan MR Baş nazirinin müavini Əlövsət Baxşıyev qarşılayıb. Sonra Hacı Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan MR Ali Məcisinin sədri Vasif Talıbov tərəfindən "Araz" dövlət qəbul evində qarşılanaraq qəbul ediliblər.
 
Rəsmi hissə "Qurani-Kərim"in tilavətilə başlayıb. Sonra çıxış edən  Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov A. Paşazadənin yubileyinin Prezidentin sərəncamına uyğun olaraq bütün ölkədə olduğu kimi Naxçıvanda da keçrildiyini qeyd etməkə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda din və dövlətçilk istiqamətində gördüyü işləri xatırladıb.
Ulu öndər Heydər Əliyev və onun davamçısı, Prezident İlham Əlievin Qafqaz Müsəlmanları İdarəsinin sədrinə verdiyi yüksək qiyməti onlardan gətirdiyi misallarla yada salan Vasif Talıbov Şeyxülislam həzrətlərinin Heydər Əliyevə, onun yoluna, Azərbaycana sədaqətini vurğulayıb. Naxçıvan MR Ali məclisinin sədri Vasi Talıbov Hacı Allahşükür Paşazadəni Naxçıvanın 90 illiyi münasibətilə təsis edilmiş Qızıl Medalla təltif edib.
Tədbirdə daha sonra AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev və Naxçıvan Muxtar Respublikasının Qazisi Sahib Məmmədov çıxış ediblər. Onlar Şeyxülislamın tarixi xidmətləri barədə danışıblar. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri  isə A. Paşazadənin ölkədə bütün dinlərin eyni ruh rahatlığı ilə fəaliyyət göstərməsi sahəsindəki xidmətlərini qeyd ediblər. Dini Qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı diqqəti Hacı Allahşükür Paşazadənin Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrün ən həlledici məqamlarında etdiyi fədakarlıqlara yönəldib.
Akademik, Azərbaycan AMEA nın vitse-prezidenti İsa Həbibbəyli Qafqaz Müsəlmanları İdarəsinin sədrinin  milli dəyərlərin təbliğ olunması ilə yanaşı dünyanın ən nüfuzlu dini liderlərindən biri kimi göstərdiyi fəaliyyətdən bəhs edb.
Millət vəkil, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov A.Paşazdəni etibarlı dost və möhkəm iradəli  şəxsiyyət kimi təhlil edib. Sonda Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə çıxış edib. O nitqinə fəaliyyətinin ilk çağıarında oynadığı misilsiz rola görə Naxçıvan əhalisinə təşəkkürlə başlayıb. O deyib ki, çatdığı bütün ali mərtəbələrdə Naxçıvan camaatının xüsusi rolu var. "Arxamda Nehrəm dayanmasaydı mən M. Qorbaçova o şəkildə sərt məktubu yaza bilməzdim". Sitatın sonu. "Mən Heydər Əliyevdən həyatda dik durmağı, həqiqəti deməyi, vətəni, dövləti sevməyi öyrənmişəm" deyən Şeyxülislam fəaliyyəti boyu rastlaşdığı çətinliklərdən, üzləşdiyi ağır hadisələrdən və bütün bu vəziyyətlərdən qurtulmaqda Heydər Əliyevdən öyrəndikərinin ona necə kömək etməsindən danışıb. Şeyxülislam Azərbaycanda din-dövlət münasibətlərinin formalşmasında ulu öndər Heydər Əliyevin, onun iman və inam varisi İlham Əliyevin göstərdiyi misilsiz xidmətlərdən bəs edib. Şeyxülislam çıxışını Naxçıvan MR Ali Məclisinin sədri V. Talıbova minnətdarlıqla və Azərbaycan Prezidenti İlham Əliyevə ona, tutduğu məqama verdiyi yüksək qiymətə görə xüsusi təşəkkürlə bildirdi. Sonra Şeyxülislamın fəaliyyətindən bəhs eən sənədli film nümayiş etdirildi. Xatirə şəkilləri çəkiləndən sonra A. Paşazadə və nümayəndə heyəti məscidin açılışında iştirak etmək üçün Ordubadın Dırnıs kəndinə yola düşüb. 
Qeyd edək ki, Hacı Allhşükür Paşazdəni Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, bir sıra millət vəkilləri və ölkənin tanınmış elm, din xadimləri müşayiət edib.

Oxunub : 1812