QMİ-nin Zaqatala Əliabad İslam Kollecinin bu ilki məzunları İdarəni ziyarət ediblər.

 
 
03.05.2019
Məzuniyyət ərəfəsində Bakıya gələn gənclər Ulu Öndərin məzarını ziyarət etmiş, paytaxtın tarixi məkanlarını və görməli yerlərini gəzmişlər. Qafqaz Müsəlmanları İdarəsində onları sədrin müavini Qəmər xanım Cavadlı qarşılamış, gənclərə gələcək fəaliyyətlərində, dini maariflənmə və milli-mənəvi dəyərlərimizin təbliği işində uğurlar arzulamışdır. Tələbələr daha sonra Təzəpir məscidi ilə tanış olmuş, ziyarət namazları qılmışlar.
Qeyd etmək lazımdır ki, Zaqatalanın Əliabad İslam Kollecində müxtəlif etnos və milli azlıqların nümayəndələri olan Azərbaycan vətəndaşları təhsil alırlar. 
 
 
 *Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 1670