BİLDİRİŞ

 
 
24.09.2018
Qafqaz Müsəlmanları İdarəsi bəyan edir ki, Bakı İslam Universitetinin bu il üzrə nəzərdə tutulan qəbulu dayandırılıb. Bu barədə təsisçi - QMİ Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlamasından sonra müvafiq qurumlarla məsləhətləşmələrin nəticəsi olaraq qərar qəbul etmişdir. Bu il qəbul olunmuş tələbələrin Dövlət İmtahan Komissiyası tərəfindən müvafiq yerləşdirilməsi həyata keçirilir.
       Bakı İslam Universiteti hal-hazırda fəaliyyətdədir və ötən illərdə qəbul olunmuş tələbələr burada təhsillərini davam etdirirlər.
     
QMİ-nin Mətbuat Xidməti
                 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1754