Özbəkistan prezidentindən Şeyxülislam həzrətlərinə təbrik məktubu

22.08.2018. Özbəkistan Respublikasının Prezidenti, cənab Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Bismillahir-Rəhmanir-Rəhim
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadə
Cənabi-Alilərinə
Əs-Salamu Əleyküm və Rəhmətullahi və Bərəkatuhu,
Hörmətli Şeyxülislam həzrətləri,
 Bütün İslam ümmətinin müqəddəs Qurban bayramını qarşıladığı bu günlərdə Sizə öz səmimi təbriklərimi və ən xoş arzularımı dilə gətirməkdən böyük məmnunluq duyuram.
Allah Təaladan Sizə və ailə üzvlərinizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, əminamanlıq və məsuliyyətli işinizdə böyük uğurlar arzu edirəm.
Dərin hörmətlə,
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti
Daşkənd şəhəri
21 avqust 2017-ci il”
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.
 

Oxunub : 1148