Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam həzrətləri Dağıstan Respublikasının Mahaçqala şəhərinə səfərdədir.

 
 
 
     Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 28-də Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərinə səfər etmişdir.
    Səfərdə məqsəd Dağıstanın tanınmış dövlət və ictimai xadimi Məhəmmədsalam Umaxanovun  100 illik yubileyinə həsr olunmuş respublika səviyyəsində təntənəli şəkildə keçirilən tədbirdə iştirak etmək olmuşdur. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi yubiley tədbiri çərçivəsində Qafqazın Şeyxilislamı A. Paşazadə Dağıstanın ictimai və din xadimləri ilə səmimi qardaşlıq görüşləri keçirmişdir.
 
QMİ-nin Mətbuat Xidməti

Oxunub : 1665