Rusiya səfirinin vida ziyarəti

 

Dekabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vladimir Doroxini onun Azərbaycandakı akkreditasiyasının başa çatması ilə əlaqədar qəbul etdi.

        Qonağı səmimi salamlayan QMİ sədri cənab Doroxinə iki ölkə arasında mövcud olan dost əlaqələrin möhkəmlənməsi uğrunda verdiyi böyük səylərə görə təşəkkürünü bildirdi və ona gələcək fəaliyyətində uğurlar dilədi.
 
Cənab Doroxin, öz növbəsində, Şeyxülislama qəbula görə səmimi təşəkkürlərini dilə gətirdi və çoxillik səfirlik fəaliyyəti ərzində ölkəmizi yaxından tanıyaraq böyük rəğbət bəslədiyini bildirdi. Vladimir Doroxin Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasındakı yaxın dostluq və nümunəvi həmrəylik əlaqələrini xüsusi qeyd edərək, belə bir əlaqələrin mövcud olmasında müstəsna rolu olan Şeyxülislam həzrətlərinin fəaliyyətini də yüksək qiymətləndirdi. O, rus əsilli Azərbaycan vətəndaşlarının burada dini azadlıqdan tam sərbəst şəkildə bəhrələndiklərini və bundan çox məmnun olduğunu da əlavə etdi.
 
        Tərəflər iki dövlət arasında dostluq və stratejik əlaqələrinin bundan sonra da möhkəmlənməyə davam edəcəyindən əmin olduqlarını bildirdilər.
 
           Görüşün sonunda cənab Doroxinə xatirə hədiyyəsi təqdim olundu.
 
     Görüşdə QMİ sədrinin 1-ci müavini müfti Salman Musayev iştirak etdi.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1979