10 NOYABR 2024
Həzrət İmam Muhəmməd Baqirin (ə) oğlu İbrahimin məqbərəsi – Gəncə, Azərbaycan
İmamzadə, yaxud “Göy imam” türbəsi kimi tanınan İbrahim bin Muhəmməd Baqirin (ə) məqbərəsi Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında yerləşir. Üzərindəki yazıya əsasən məqbərə 8-ci əsrə aiddir. Tarix türbədəki bir kitabənin üzərində bunlar yazılıb: “Odur əbədi. Bu şərəfli cənnət bağçası babasının hicrətindən 120 il sonra vəfat etmiş, İmam Muhəmməd Baqirin (ə) oğlu Mövlana İbrahimin türbəsidir.”
Gəncə şəhərinin ən maraqlı və qədim memarlıq abidələrindən biri xalq arasında “Göy günbəz” və “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan İmamzadə kompleksidir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, kompleksin ətrafına daş və kərpicdən hasar çəkilmişdir.
Türbə bu kompleksin ən qiymətli abidəsidir. İmamzadə türbəsinin mövcud binasının tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Memarlıq quruluşuna görə türbənin 14-cü əsrin sonu – 15-ci əsrin əvvəllərində, ətrafındakı kompleksin isə 17-ci əsrdə tikildiyi ehtimal edilir.
Türbənin hündürlüyü 12 m, künbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir.
Günbəzə mavi kaşıdan (Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunu) üzlük çəkilmişdir ("Göy imam" adı da bununla əlaqədardır). Bərdə və Naxçıvan imamzadə məscidlərində olduğu kimi İmamzadə türbəsi ilə Bərdə türbəsi, həmçinin Axsadanbaba türbəsi arasında memarlıq cəhətdən üslub oxşarlığı var. Türbə sonralar (ehtimal ki, XVII əsrdə) bir ziyarətgaha çevrilmşidir. Gəncə İmamzadə piri memarlıq abidəsi kimi orta əsrlərə aid edilir. İmamzadə türbəsi kərpicdən tikilib, rəngarəng kaşılı, kərpic örtüklü günbəzə malikdir. Müxtəlif vaxtlarda aparılan təmir-bərpa işləri onun görkəminin müəyyən qədər dəyişməsinə səbəb olub.
Oxunub : 3719