101. əl-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi

(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1. Ürəkləri dəhşətə salan qiyamət!
2. Nədir qiyamət?!
3. Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
4. O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyitrkə kimi bir-birinə qatışacaq);
5. Dağlar isə didilmiş yun kimi olacaqdır!
6. (O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə,
7. (Cənnətdə) xoş güzəran içində olacaq!
8. Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
9. Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
10. Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
11. O çox qızmar bir atəşdir!

Oxunub : 5162