Şeyxülislam həzrətləri Əfqanıstan İslam Respublikasının diplomatını qəbul edib

23.05.2025
Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Mohammad Faysalı onun öz xahişi ilə qəbul edib.
         Azərbaycanla Əfqanıstan İslam Respublikası arasında tarixi əlaqələrdən danışan Şeyxülislam həzrətləri bu münasibətlərin gələcək perspektivlərinin davamlı və dayanıqlı olması üçün dualar etdiyini deyib. Qarşıdan gələn müqəddəs Qurban bayramı münasibəti ilə təbriklərini Əfqanıstan xalqına çatdırmağı qonaqdan xahiş edib.
         Mohammad Faysal bildirib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini hər zaman dəstəkləyib və bu mövqe dəyişməz olaraq qalır. Diplomatın sözlərinə görə, son 50 ildə xarici işğaldan, vətəndaş qarşıdurmasından əziyyət çəkmiş Əfqanıstan İslam Respublikası Azərbaycanın dünyada sülh və sabitliklə bağlı çağırışlarını yüksək dəyərləndirir.
         Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub, xatirə fotosu çəkilib.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 570