QMİ sədri Misirin Prezidentini təbrik etdi

 
 
 
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının Prerzidenti Cənab Əbdülfəttah Əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
 
 
 
Misir Ərəb Respublikasının Prerzidenti
Cənab Əbdülfəttah Əs-Sisiyə
 
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
Zati-Aliləri, möhtərəm cənab President,
         Azərbaycan müsəlmanları adından, bütün Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan Sizi Misir xalqının tam etibarını qazanaraq böyük üstünlüklə yenidən Misir Ərəb Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Şübhəsiz ki, Allah Taalanın izni ilə, müdrik rəhbərliyiniz altında qardaş Misir xalqı demokratiya və inkişaf yolunda irəliləməkdə davam edəcəkdir. Mən əminəm ki, iki qardaş ölkə – Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasındakı tarixi qardaşlıq və dostluq əlaqələri ölkələrimizin müdrik rəhbərliyi – Zati-alilərinizin və Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsində bundan sonra daha da çox möhkəmlənəcək və dərinləşəcək.
Sizə bir daha öz dərin ehtiram və təqdirimi bildirərək bir daha Sizi və bütün qardaş Misir xalqını təbrik edir, Ulu Tanrıya dua edib Sizə növbəti prezidentlik müddətində və ondan sonra da qardaş Misir, onun qədim tarixli xalqı və bütün İslam ümməti naminə gördüyünüz işlərdə uğur və müvəffəqiyyətlərinizin davam etməsini arzulayıram.
 
 
Dərin hörmət və ehtiramla,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2927