Şeyxülislam A.Paşazadə KAICIID Direktorlar Şurasının növbəti sessiyasında iştirak edəcəkdir

17.02.2023
         18 fevral tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının 28-ci sessiyasında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfərə yola düşür.
           Sessiya qurumun mənzil-qərargahının yerləşdiyi Lissabon şəhərində fevralın 20-də keçiriləcəkdir. Mərkəzin Katibliyinin yeni rəhbərliyinin iştirakı ilə keçirilən sessiya uzun müddət videokonfrans  formatından sonra ilk dəfə əyani baş tutacaqdır.
KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə sessiyada əsas məruzəçi qismində çıxış edəcəkdir.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3165