19 AVQUST 2026
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Gürcüstan Respublikasına səfərə yola düşür.

19.07.2022
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinin dəvəti ilə iyulun 21-də Gürcüstan Respublikasına səfərə yola düşür.
QMİ sədri Şeyxülislam A. Paşazadə səfəri çərçivəsində Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə görüşəcək, dinləarası dialoq müstəvisində ənənəvi yüksək səviyyəli əməkdaşlığın perspektivlərini müzakirə edəcəkdir.
Səfər müddətində QMİ sədri A. Paşazadənin Gürcüstanın dövlət rəsmiləri, hökumət və parlament rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.
İyulun 23-nə qədər davam edəcək səfər çərçivəsində Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızla, din və ictimaiyyət xadimləri ilə görüşlər keçirəcəkdir.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibir!
Oxunub : 2336


