Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin səfirliyini ziyarət etdi 

17.05.2022
 
Mayın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə  Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyini ziyarət edib. Şeyxülislam həzrətləri görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.
BƏƏ-nin ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi və diplomatik  korpusun əməkdaşları ilə görüşən QMİ sədri mərhum Şeyx Xəlifə bin Zayed Al Nəhyanın xidmətlərini yüksək qiymətləndirib, yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Sonda Şeyxülislam Allahşükür Paşazadə səfirlikdə açılan matəm kitabına başsağlığı sözlərini yazıb.
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 6167