Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Qazaxıstanda səfərdədir

05.05.2022
 
May ayının 6-da Qazaxıstanın Türküstan şəhərində Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə “Türk xalqlarının İslam sivilizasiyasının inkişafına töhfəsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
REAL-ın məlumatına görə, konfransda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri Əsgər Ömərov, Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Xıdırəli, Türkiyə Respublikasının Dini İşlər İdarəsinin rəisi, Ali din xadimi Ali Erbaş, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Zakir Rakiyev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Ali Müfti Nauız Hacı Taqanulı və digər rəsmi şəxslər çıxış edəcəklər.
Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə təmsil edir.
Qeyd edək ki, bu məqsəd Bütün Qafqazın Şeyxi Qazaxıstanın Türküstan şəhərinə gəlib. Türküstan Beynəlxalq Hava Limanında Bütün Qafqazın Şeyxini Nauızbay Hacı Taqanulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamaoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha sonra Hacı Allahşükür Paşazadənin Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin rəisi Nauızbay Hacı Taqanulı ilə təkbətək görüşü keçirilib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 1150