Şeyxülislam həzrətləri Türkiyəyə səfər edəcək

 
          12.04.2022
         Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 13-16 aprel 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətində səfərdə olacaqdır.
          Səfərdə məqsəd 15 aprel tarixində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlərinin Şurasının ilk – təsis toplantısını keçirməkdir. Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyevin rəhbərliyi ilə keçiriləcək tədbirdə Şeyxülislam A. Paşazadə Şuranın təqdimatı məruzəsi ilə çıxış edəcəkdir.
         Türkiyə Cümhuriyyətin Diyanət İşləri Başkanlığının dəvəti ilə həyata keçirilən səfər dövründə QMİ sədri A. Paşazadə Türkiyə Diyanət işləri Başkanı dr. Ali Erbaş və türk dövlətlərinin dini liderləri ilə məsləhətləşmələr keçirəcək, Aya Sofya məscidində Cümə, Əyyub Sultan məscidində Təravih namazlarında birgə iştirak edəcəklər.
         
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 2445