Pakistan xalqı Azərbaycanla həmrəydir

23.01.2022
Pakistanın Müsəlman İnstitutunun Təsisçi Atası Həzrət Sultan Məhəmməd Əli
milyonlarla üzvü olan Pakistan Qədəriyyə camaatının aparıcı sufi şeyxidir.
Yanvarın 20-də o, öz Tvitter hesabından Azərbaycan xalqı ilə qardaşlıq və həmrəylik mesajı yayımlayıb.
 
"1990-cı il 20 Yanvar Matəm Günüdür.
Bu gün 147 Azərbaycan vətəndaşı qətlə yetirilib. Bu ağır faciə milli matəm kimi qeyd olunur. Pakistan və Azərbaycanın güclü islami əlaqələri var və Pakistan heç vaxt Azərbaycanı çətin anlarda tək qoymayıb. Matəm günü Pakistan xalqı azərbaycanlı qardaşlarla həmrəy olduğunu bildirir."
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad zəruridir!
 
 

Oxunub : 5666