Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilib

24.08.2021
Çeçenistana səfər çərçivəsində, avqustun 23-də Şeyxülislam A. Paşazadə, sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz regionunun müftiləri ilə Qroznı-siti otelində Şuranın iclasını keçirib. Şura üzvlərini salamlayan Şeyxülislam həzrətləri əvvəllər belə görüşlərin mütamadi, lakin son dövr ərzində pandemiya səbəbindən məcburən virtual formatda həyata keçdiyini qeyd edərək hazırkı görüşün Azərbaycanın Vətən müharibəsində zəfər çalmasından sonra ilk görüş olduğunu, buna görə xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. Şimali Qafqaz müftiləri öz çıxışlarında qardaş Azərbaycan xalqına və onun müdrik lideri İlham Əliyev cənablarına öz dərin ehtiralmarını bildirdilər. İclas iştirakçıları bildirildilər ki, Vətən müharibəsi əsnasında onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə seviniblər və dualar ediblər, ibadətlərində şəhid düşən Azərbaycan oğullarının ruhlarına Allah Taaladan rəhmət, qazilərimizə şəfa diləyiblər.
Şura üzvləri QMİ sədrindən İlham Əliyev cənablarına və bütün Azərbaycan xalqına öz səmimi salamlarını və yeni-yeni uğurlar diləklərini çatdırmağı xahiş ediblər. Şimali Qafqaz müftiləri həmçinin Şeyxülislam həzrətlərindən Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Mehriban xanım Əliyevaya doğum günü münasibətilə səmimi təbriklərini  və xoş arzularını çatdırmasını xahiş etdilər.
Şura üzvləri yaxın zamanda Azərbaycanı ziyarət edərək Prezident cənablarına və Mehriban xanıma öz təbriklərini əyani olaraq çatdırmaq arzusunda olduqlarını dilə gətirdilər. 
İclasda Qafqaz Xalqları Ali Dini Şurasının yaxın gələcək üçün fəaliyyət planı müzakirə edildi. Qafqaz xalqları arasında, o cümlədən, Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərinin qiymətli tarixi irs olduğu vurğulandı, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini qeyd olundu. Pandemiya səbəbindən həyata keçirilməsi təxirə salınmış birgə planlarla bağlı hazırkı vəziyyəti müzakirə edildi və Şuranın növbəti iclasının Bakı şəhərində keçirilməsi qərarlaşdırıldı.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3952