Paytaxtdakı Əjdərbəy məscidində şəhidlərin xatirəsinə dualar oxunub

04.12.2020
Xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma Qarabağı qaniçənlərdən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi. Bu xalqın böyüklüyü budur! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrildi.
 
Dekabrın 4-də paytaxtdakı Əjdərbəy məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsini anım mərasimində səslənib.
 
Anım mərasimində İkinci Qarabağ müharibəsində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların xatirəsi yad edilib. Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib, namaz qılınıb.
 
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi İlham Səlimov deyib: “İgid oğullarımızın doğma Vətən, ana torpaq uğrunda göz qırpmadan həyatını qurban vermələrini qürurverici hadisə kimi yaşamalıyıq. Belə qəhrəman oğullarla qürur duymaq, fəxr etmək lazımdır. Ağlamalı gün onda olardı ki, vətən üçün ölmək istəyən oğullar tapılmayaydı...
 
Şəhidlərin məqamı onsuz da ucadır. Tanrının rəhməti də həmişə onlarladır. Bizim borcumuz onların ruhunu hər zaman şad etməkdir. Allah bizi bu xoş aqibətdən heç vaxt məhrum etməsin!”.
 
 
 
 

Oxunub : 6857