QMİ Sədri İraq Respublikasının ölkəmizə yeni təyin olunmuş Müvəqqəti işlər vəkili cənab Məkki Risan əl-Məmurini qəbul etdi

 
 
 
 
 
06.03.2020  
 
      Martın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İraq Respublikasının ölkəmizə yeni təyin olunmuş Müvəqqəti işlər vəkili cənab Məkki Risan əl-Məmurini qəbul etdi.
    Səmimi görüş zamanı Azərbaycanla İraq arasında tarixi dini-mənəvi əlaqələr barədə danışıldı. QMİ sədri İraqın dünya İslam tarixində rolu və yeri haqqında, İraqın məhşur din xadimləri ilə bağlı xatirələrini, habelə İraqdakı müqəddəs məkanların müsəlmanlar üçün önəmi barədə fikirlərini bölüşdü. Görüşün gedişində İraqla Azərbaycan arasında əlaqələrin, qarşılıqlı səfərlərin inkişaf etdirilməsi zərurəti vurğulandı. İraq Respublikasının ölkəmizdəki Müvəqqəti işlər vəkili cənab Məkki Risan əl-Məmuri Şeyxülislam Allahşükür Paşazadənin İraqa səfər etməsi barədə təmsil etdiyi dövlətin istəyini QMİ sədrinə çatdırdı.
            Sonda qonağa xatirə hədiyyəsi və QMİ-nin fəaliyyətinə dair albom-kitablar təqdim edildi, xatirə şəkli çəkdirildi.
 
 
     QMİ-nin Mətbuat Xidməti
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
  
 
 
 
 
 
 
 
 
 

Oxunub : 1330