Özbəkistan prezidenti Şavkat Mirziyoyev Şeyxülislam həzrətlərinə təbrik məktubu ünvanlayıb. 05.09.2017

 
Bismillahir Rəhmanir Rəhim
 
Qafqaz Müsəlmanları İdarəsi,
Şeyx-ül-islam Allahşükür Paşazadə
Cənabi – Alilərinə
 
Əs Sələmu Aleykum və Rəhmətullahi və Bərəkətuhu,
Möhtərəm Cənabi – Aliləri,
 
Hamımız üçün sevinc gətirən müqəddəs Qurban Bayramı münasibəti ilə Sizi səmimi təbrik edir və xoş arzularımı izhar etməkdən məmnunluq hissi duyuram.
 
Bizi yaradan Allah Təaladan gələn bu mərhəmət dolu və bərəkətli günlərdə Özbəkistanı daim öz qəlbinizə yaxın tutub, uğurlarımıza sevinən Siz əziz dostumuz, xalqlarımız arasındakı mədəni-maarif əlaqələrinin inkişafına töhvə verməyinizi bir daha etiraf etmək istəyirik.
 
Əminəm ki, dostluq və həmkarlıq qədrini bilən və bu istiqamətdə daim iş aparan Sizin kimi maarif insanlar Özbəkistan-Azərbaycan qardaşlığının rəmzi kimi xidmət edir.
 
Allah Təaladan Sizə və ailə üzvlərinizə möhkəm can sağlığı, evinizə, ölkənizə ruzi-bərəkət və sülh, İslam Ümməti həmrəyliyi və birliyi istiqamətində bütün yaxşı əməllərinizdə müvəffəqiyyətlət arzu edirəm.
 
 
Hörmətlə,
 
Şafkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti
 
 
Daşkənd şəhəri
1 sentyabr 2017-ci il
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.
 

Oxunub : 1237