QMİ sədri ravvin Artur Şnayerlə video formatında görüşüb

 23.10.2020
23 oktyabr 2020-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ-da yerləşən “Vicdana çağırış” Fondunun prezidenti, ravvin Artur Şnayerlə cənab Şnayerin xahişi ilə video konfrans formatında görüşüb.
QMİ sədri, bu il ravvin Artur Şnayerin 90 yaşının tamam olmasını xatırladaraq onu yubileyi münasibətilə bir daha təbrik etməkdən məmnunluq duyduğunu dilə gətirərək cənab Şnayerin Azərbaycanda qədim və sadiq dost kimi tanındığını vurğulayıb. Öz növbəsində, ravvin Artur Şnayer Şeyxülislam həzrətlərinin geniş miqyaslı beynəlxalq fəaliyyətini rəğbətlə izlədiyini və ona dinlər arası əlaqələrin inkişafı yolundakı fəaliyyətinə tam dəstək verdiyini dilə gətirdi.
Söhbət əsnasında hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi baş tutdu.
 
 
 
*Materiallardan istifadə zamanı saayta istinad vacibdir!

Oxunub : 2512