Qafqaz Müsəlmanları İdarəsinin yetirməsi beynəlxalq müsabiqədə iştirak edib.

05.04.2019
Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi Şəbnəm İslam Kollecinin yetirməsi Əsmər Mahmudova Qurani-Kərimin ən yaxşı qadın hafizlərinin iştirakı ilə keçirilən beynəlxalq müsabiqədə iştirak edib.
            İordaniya Haşimilər Krallığının birinci xanımı kraliça Ranya Əl-Abdullahın dəstəyi və təşkilatçılığı ilə 09-14 mart tarixlərində baş tutan  bu yarışmada ölkəmizi təmsil edən namizədin iştirakı üçün Qafqaz Müsəlmanları İdarəsinə rəsmi dəvət məktubu daxil olmuşdur.
Müsabiqədə birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq Sudan, Filippin və Türkiyə qazanmışdır. İlk sıralarda yer tuta bilməməsinə baxmaryaraq Əsmər Mahmudova müsabiqədə uğurla iştirak etmişdir.
Səfər çərçivəsində müsabiqə iştirakçıları İordaniyanın tarixi yerləri və müqəddəs ziyarətgahları ilə tanış olmuşlar.
Əsmər Mahmudova 15 mart 2019-cu il tarixdə səfərini başa vuraraq vətənə dönmüşdür.
 

 

 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 289