Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin açıqlaması

 
 
14.03.2019
        
 
 
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, dinşünaslıq ekspertizası müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin səlahiyyətinə aiddir və tərəfindən həyata keçirilir.
 
Elşad Miri bizimyol.info saytına verdiyi müsahibədə Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmilərinin dediklərinə istinadən ittihamlar səsləndirərək, kitabının çapına icazə verilməməsində QMİ-ni ittiham edir.
 
QMİ-nin ünvanına səsləndirdiyi ittihamla bağlı E. Miridən fakt olaraq fikirlərinə istinad etdiyi şəxslərin konkret adlarını açıqlamağı tələb edirik. Adları açıqlamayacağı təqdirdə Elşad Mirinin bu əsassız ittihamları, birmənalı şəkildə, din-dövlət münasibətlərinə kölgə salmaq, QMİ ilə Dini Komitə arasında nifaq yaratmaq, məzhəblərarası münasibətlərə xələl gətirmək məramlı böhtan kimi qiymətləndiriləcək.
 
 
 
QMİ-nin Mətbuat Xidməti 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir! 
 

Oxunub : 2919