Şeyxülislam həzrətləri Qroznı şəhərinə səfər edəcək.

 
04.10.2018
Oktyabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yola düşür.
 
Qroznı şəhərinin yaranmasının 200 illiyinə həsr olunmuş yubiley tədbirində fəxri qonaq qismində iştirak edəcək Şeyxülislam A.Paşazadə təbrik nitqi ilə çıxış edəcək, respublika rəhbərliyi və tədbirə təşrif buyurmuş qonaqlarla görüşlər keçirəcəkdir.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 159