QMİ sədrinin 1-ci müavini Misirin səfirini qəbul etdi.

 
Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini, müfti Salman Musayev iyulun 9-da Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adil İbrahim Əhməd İbrahimi qəbul etmişdir. Səfiri səmimi salamlayan müfti Salman Musayev Azərbaycan-Misir əlaqələrinin bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də olan səviyyəsindən razılığını bildirdi. Azərbaycanın Misirlə vədəni-mənəvi əlaqələrinin xalqlarımız arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə rəvac verdiyini bildirən S.Musayev, müstəqillik dövründə daha yüksək səviyyəyə yüksəldiyini dilə gətirdi.
QMİ sədrinin 1-ci müavini Misirin din xadimlərinin 2017-ci ilin dekabrında Bakıda keçirilmiş İslam Həmrəyliyi İlinə həsr olunmuş Beynəlxalq Konfransda iştirakını xüsusilə qeyd etdi. Misirin dünyaca məhşur Əl-Əzhər Universitetinin İslam dünyası üçün əhəmiyyətindən danışan müfti S.Musayev həmin universitetin fəaliyyətini yüksək qiymətləndirdi. Misir ilə Azərbaycanın arasındakı əlaqələrin, o cümlədən, dini-mənəvi sahədə də nümunəvi səviyyədə vurğulayan Səfir Adil İbrahim, Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hislər bəslədiyini bildirdi. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Görüş əsnasında cənab Adil İbrahim QMİ sədrinin 1-ci müavininə Misir Baş Müfti Şauqi Əllam tərəfindən ünvanlanmış fətva məsələlərinə həsr olunmuş beynəlxalq konfransa dəvət məktubunu təqdim etdi. QMİ sədrinin 1-ci müavini dəvətə görə öz təşəkkürünü bildirərək həmin konfransda məmnuniyyətlə iştirak edəcəyini bildirdi.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 79