Özbəkistan prezidentindən Şeyxülislam həzrətlərinə təbrik məktubu -
Özbəkistan prezidentindən Şeyxülislam həzrətlərinə təbrik məktubu

 
 
Qafqaz Müsəlmanları İdarəsinə Özbəkistan prezidenti cənab Şavkat Mirziyoyevdən Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir:
 
“Bismillahir-rəhmanir-rəhim!
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə.
 
Əs-səlamu əleyküm və rəhmətullahi və bərəkatuhu.
Möhtərəm Həzrət,
Müsəlman ümmətinin səadətli Ramazan bayramını böyük sevinclə qarşıladığı bu günlərdə Sizə öz səmimi təbriklərimi və xoş diləklərimi çatdırmaqdan çox məmnunam.
Özbəkistan Müsəlmanları İdarəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud olan həmrəylik əlaqələrini daha da möhkəmləndirmək uğrunda gördüyünüz xeyirli və savablı işləri yüksək qiymətləndirirəm.
Sizə Allah Sübhanəhu və Təaladan can sağlığı, xoşbəxtlik, müsəlmanların birliyi uğrunda apardığınız məsuliyyətli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.
 
Yüksək ehtiramla,
 
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti”
 
 *Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 855