Azərbaycanda 35 nəfər Quranı əzbərləyərək hafiz adını qazandı -
Azərbaycanda 35 nəfər Quranı əzbərləyərək hafiz adını qazandı

 
Azərbaycan Respublikası Şəki İslam (hafizlik) kollecində X ənənəvi hafizlik mərasimi keçirilib.
 
Kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərasimdə 35 hafiz iştirak etmiş və hafizlik diplomu almağa layiq görülmüşdür.
 
Tədbirdə Şəki şəhər icra hakimiyyətindən nümayəndələr, Qafqaz Müsəlmanları İdarəsinin I müavini və ölkəmizin müftisi Hacı Salman Musayev, sədrin müavini Hacı Qəmər xanım Cavadlı, Gəncliyə Fondu (GYF) Himayəçilər Şurasının sədri Ahmet Tecim və GYF kollektivi, Türkiyə Respublikasının Bakıdakı səfirliyinin Din İşləri üzrə nümayəndəsi Professor Kamil Güneş, Şəki şəhər təhsil şöbəsinin nümayəndəsi, Ağsaqqallar şurası sədrinin müavini və bir sıra rəsmi şəxslər iştirak etmişdir.
 
Tədbirdə həmçinin QMİ-nin regionlar üzrə şöbəsinin nümayəndələri, digər kollec kollektivləri, icma sədrləri və məscid imamları iştirak etmişlər.
 
Şəki Mərkəzi Cümə məscidində keçirilən tədbirdə çıxış edən natiqlər hafizlərə xeyir-dua verərək öz tövsiyyələrini dilə gətiriblər.
 
Mərasimdə İslam dininin müqəddəs kitabı Qurani-Kərimi başdan sona qədər əzbərləyən 35 kollec tələbəsi “Hafiz” titulunu əldə etmişdir.
 

Oxunub : 947