Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib

  
Oktyabrın 1-də Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib.
 
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və ailə üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulublar.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində bildirib ki, əvvəllər Aşura günlərində məscidlərdə bəzi insanların özlərinə xəsarət yetirməklə qançıxarma halları olub. Bu, arzuedilməz, yolverilməz idi. Azərbaycanda bunun əvəzinə ehtiyacı olanlara könüllü qanvermə ənənəsi formalaşıb. Artıq bu ənənə bir çox qonşu ölkələrdə də nümunə kimi istifadə edilir. Aşura günü mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun və qanun çərçivəsində keçirilir.
 
 

Oxunub : 304