Qafqaz Müsəlmanları İdarəsi beynəlxalq tədbirdə təmsil olunub

  
 
Sentyabrın 28-də Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib. 150-dən çox yerli, 40-dan çox xarici qurumların iştirak etdiyi beynəlxalq tədbirdə Qafqaz Müsəlmanları İdarəsi də təmsil olunub.
Bakı Əl Oyunları Sarayında təşkil edilən Sərgi-Yarmarkada Qafqaz Müsəlmanları İdarəsinin də ayrıca stendi qurulub. Həmin stenddə son illər QMİ Elmi-Dini Şurasının tövsiyəsi ilə nəşr edilən kitablar nümayiş olunub. Azərbaycan, ərəb, ingilis və rus dillərində çap olunun kitabları sərgi-yarmarkaya gələn qonaqlar böyük maraqla qarşılayıblar. 
Xatırladaq ki, Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkası 3 gün davam edəcək.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 290