Məhəmməd Cavad Zərif: Prezident İlham Əliyevin həmrəylik çağırışı təqdirəlayiqdir

  
İranda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti  İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
 
APA-nın Tehran bürosunun məlumatına görə,  görüşdə ikitərəfli münasibətlər müzakirə edilib
 
M.C. Zərif  bildirib ki, İran üçün Azərbaycanın inkişafı  və sabitliyi  çox önəmlidir: “Azərbaycan və İran arasında əlaqələr ən yaxşı səviyyədə qurulub. İki ölkə prezidentləri arasında  dəfələrlə görüş keçirilib.  Azərbaycanın inkişafı və sabitliyi bizim üçün çox önəmlidir”.
 
Allahşükür Paşazadə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi səylərə görə M.C. Zərifə təşəkkür edib.  “Biz  çalışacağıq ki, bundan sonra iki ölkə arasında əlaqələr daha da güclənsin”, deyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri vurğulayıb.
 
 

Oxunub : 1889