Türkiyə səfiri 15 iyul şəhidlərinin xatirəsinə Heydər məscidində qılınan vəhdət namazına görə təşəkkürünü bildirib

  
15 iyul hadisəsi zamanı şəhid olanlar, həmçinin Azərbaycanın şəhidləridir, eyni zamanda, Qarabağda, Xocalıda, Alxanlıda şəhid olanlar Türkiyə şəhidləridir.
 
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iyulun 15-də Bakıdakı Heydər məscidində ötən il Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısı alınarkən şəhid olmuş insanların xatirəsinə qılınan vəhdət namazı zamanı deyib.
 
Bu tədbirin təşkilinə görə, Qafqaz Müsəlmanları İdarəsinə təşəkkür edən diplomat qeyd edib ki, Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir, ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik.
 
Sonra Türkiyədə 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsinə vəhdət namazı qılındı.

Oxunub : 1627