Özbəkistanlı qonaq Bibiheybət məscidini ziyarət edib

  
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun və Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti Usmonxon Alimovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Qonaqlar rəsmi görüşlər keçirib, Bakıda və Şamaxıda tarixi məkanları ziyarət ediblər.  
Nümayəndə heyətinin üzvü, Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti Usmonxon Alimovun xanımı Adolot Alimova Bibiheybət məscidində olub. Bibiheybət məscidinin axundu, QMİ Qazılar Şurasının üzvü Hacı Rahib Babayev məscid-ziyarətgahın tarixi, son illər Azərbaycan dövlətinin diqqət və qayğısı ilə ərazidə aparılan bərpa-yenidənqurma işləri barədə qonağa ətraflı məlumat verib.
Özbəkistanlı qonaq məscid-ziyarətgahla yaxından tanış olub, burada həyata keçirilən işləri yüksək qiymətləndirib.
Qonağı QMİ sədrinin müavini Qəmər xanım Cavadlı müşayiət edib.
   
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1961