Bibiheybət məscidində Qədr gecələri qeyd olunub

  
Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası və Qazılar Şurasının Fətvasına uyğun olaraq mübarək Ramazan ayı boyunca Bibiheybət məscid-ziyarətgahında mərasimlər keçirilir, iftar süfrələri açılır. Bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, müstəqil Vətənimiz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. Xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilir.
Hər il olduğu kimi, bu il də Bibiheybət məscidində və Həkimə xanım ziyarətgahında müqəddəs Qədr gecələri böyük izdihamla qeyd olunub. Məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Rahib Babayevin imamlığı ilə moizələr oxunub, Qədr gecələrinin fəzilətlərindən söhbət açılıb, namaz qılınıb.
Həmin günlər Qafqaz Müsəlmanları İdarəsinin  təşəbbüsü ilə ibadətə gələnlərə imsaq vaxtı obaşdanlıq etmək üçün ehsanlar verilib. Qədr gecələrində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə təşkil edilən ehsan süfrələrində 3500 nəfərdən çox dindar iştirak edib. Sonda Ulu Öndərin ruhuna dualar oxunub. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.
 

Oxunub : 317