Yusif Əl-Useymin Şeyxülislam həzrətlərini Ramazan münasibətilə təbrik edib

  
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Əl-Useymin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə müqəddəs Ramazan ayı münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Möhtərəm Şeyxülislam həzrətləri,
Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar mənə ünvanladığınız təbriklərinizə qarşılıq olaraq mən də öz növbəmdə Sizi ürəkdən təbrik edirəm. Allah Sizə möhkəm can sağlığı versin, bütün İslam Ümmətinə neçə belə xeyir-bərəkətli Ramazanlar bəxş eləsin.
Dərin hörmətlə,
Yusif Əl-Useymin
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ”
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 543