ISESCO təşkilatının baş direktoru QMİ sədrini Ramazan münasibətilə təbrik edib

  
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə müqəddəs Ramazan ayı münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Möhtərəm Şeyxülislam həzrətləri,
Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar mənə ünvanladığınız təbriklərinizə görə Sizə ürəkdən təşəkkür edir, öz növbəmdə Sizi bu gözəl münasibətlə təbrik edirəm. Allah hamımızı oruc tutmaqda müvəffəq eləsin, bütün İslam Ümmətinə neçə belə xeyir-bərəkətli Ramazanlar bəxş eləsin. Bayramınız mübarək olsun!
 
Əbdüləziz bin Osman əl-Tüveycri
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru”
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 300