Aprelin 21-də Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana yola düşür.

  
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Gürcüstana səfərə yola düşür.
          Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İliya, habelə dövlət rəsmiləri - Gürcüstan Prezidenti Zati-aliləri Georgi Marqvelaşvili, ölkənin Baş Naziri Georgi Kvirikaşvili və Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze ilə görüşəcəkdir.
          Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Gürcüstanda yaşayan Azərbaycanlı icmasının üzvləri ilə görüşü nəzərdə tutulur.
 
 
Qafqaz Müsəlmanları İdarəsinin
 Mətbuat Xidməti
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1713