“Şəbnəm” Mədrəsəsində Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirildi

 
 “Şəbnəm” Mədrəsəsində “26 Fevral - Xocalı Soyqırımı”na həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Tələbələrin iştirakı ilə hazırlanan tədbirdə Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət slaydlar göstərildi. Tələbələr Xocalı faciəsinə həsr olunmuş şeirlər ifa etdilər. Mədrəsənin Tarix müəllimi İlhamə Qurbanlı həmin gecə baş verən qanlı hadisələrin gedişatını anlatdı.

Tədbirdə Ulu öndər Heydər Əliyevin hadisələr haqqında məşhur çıxışı və AR Prezidenti cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın 2016-cı ildə “Ana harayı” abidəsi önünə əklil qoyduğu lent yazısı izlədildi.

Sonda hadisələrin canlı şahidi, Xocalıdan məcburi köçkün olan mədrəsənin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Sevinc Aslanova çıxış etdi. Çıxışında 1988-1992-ci illərdə Qarabağda xalqın həyatını anladan müəllimə, eyni zamanda bugünkü əmniyyətimizə görə Azərbaycan Milli Ordusuna borclu olduğumuzu bildirdi. Bu ordunun Ulu öndər H.Əliyev tərəfindən yaradıldığını, hal-hazırda Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən şərəflə mübarizə apardığını bildirdi. Tədbirin sonunda Vətənimizə, millətimizə və dövlətimizə dualar edildi, şəhidlərin ruhlarına Fatihə surəsi oxundu.
 
 
 

Oxunub : 2110