İranda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

  
Dünən Qafqaz Müsəlmanları İdarəsinin İran İslam Respublikasındakı nümayəndəliyi Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbir Qurani Kərimin tilavəti ilə başladı. Sonra Xocalı soyqırımı haqqında videomaterial nümayiş etdirildi. Filmin təqdimatının ardından çıxış edən QMİ-nin İrandakı nümayəndəsi hacı Şamil Rəsulov tədbir iştirakçılarını Şeyxülislam Allahşükür Paşazadənin adından salamlayaraq onlara erməni quldurlarının Xocalıda törətdikləri vəhşiliklərlə bağlı tarixi faktlar gətirərək bu cinayətin bütövlükdə soyqırım aktı olduğunu dilə gətirdi. Hacı Şamil Rəsulov fevralın 21-də QMİ-nin təşəbbüsü ilə Azərbaycanda yaşayan dini icma rəhbərləri tərəfindən dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış müraciətin mətnini tədbir iştirakçılarına oxudu.
 
Tədbirdə çıxış edən İranlı iştirakçılar Xocalı şəhidlərinin əziz xatirəsini yad etdi, Azərbaycan xalqına baş sağlığı verdilər. Sonda Xocalı qurbanlarının ruhuna dualar oxundu və ehsan verildi.               
 
Tədbirdə Qum şəhərində təhsil alan Azərbaycan, İran, Türkiyə, Pakistan, Hindistan və Əfqanıstandan olan tələbələr və İranlı qonaqlar iştirak ediblər.
 
 
 
 
 
 
 
 

Oxunub : 2632